Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək

Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək Tədbirdə bir sıra rəsmi şəxslər iştirak edəcək
Daxili siyasət
25 May , 2016 15:16
Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək

Bakı. 25 may. REPORT.AZ/ Mayın 26-da Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "Report"a verilən məlumata görə, tədbirdə seçkili orqanlara (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət Təftiş Komitəsi və İdarə Heyətinin üzvləri) seçkilərin keçirilməsi, eyni zamanda 2012-2015-ci illər üçün hesabatların verilməsi nəzərdə tutulur.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları və bir sıra rəsmilərin iştirakı gözlənilir.

Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. Bu gün təşkilat 112 gənclər təşkilatını, minlərlə gənci öz ətrafında birləşdirən konfederativ qurum kimi Azərbaycanın ən böyük gənclər platformasıdır.

Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Avropa Gənclər Forumunun, Türk Dünyası Gənclər Birliyinin tamhüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Gənclər Forumunun, təsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının təsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvü olub.

Son xəbərlər

Orphus sistemi