Gənclər və idmançılar orduya yazılmaq istəyir

Gənclər və idmançılar orduya yazılmaq istəyir "Bütün Azərbaycan xalqı, o cümlədən gənclər Sizin Təhlükəsizlik Şurasındakı çıxışınızdan sonra orduya yazılmaq istəklərini bildirirlər. Çoxsaylı paytaxt gəncləri və idmançılar, Sizin əmrinizlə ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadl
Daxili siyasət
14 İyul , 2020 16:10
Gənclər və idmançılar orduya yazılmaq istəyir

"Bütün Azərbaycan xalqı, o cümlədən gənclər Sizin Təhlükəsizlik Şurasındakı çıxışınızdan sonra orduya yazılmaq istəklərini bildirirlər. Çoxsaylı paytaxt gəncləri və idmançılar, Sizin əmrinizlə ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan edirlər".

"Report"un məlumatına görə, bu fikirləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov paytaxt gəncləri və idmançıları adından Azərbaycanın Prezidenti Ali Baş Komandan İlham Əliyevə müraciətində bildirib. 

O, iyunun 12-də erməni silahlı birləşmələri tərəfindən Tovuz rayonu ilə sərhəd ərazilərdə növbəti dəfə atəşkəs rejimi pozularaq təxribata cəhd göstərildiyini xatırladıb: "Mənfur düşmənin bu təxribatı nəticəsində şəhid olan və yaralanan hərbçilərimiz var. Ölkədaxili nəzarəti itirmiş ermənistan hakimiyyəti təmas xəttində gərginlik yaratmaqla öz vətəndaşları üzərində basqı yaratmaq, səriştəsiz idarəetmə və bərbad beynəlxalq reytinqini ört - basdır etməyə çalışır. Düşmən bele təxribata 2016-cı ildə  aprel ayında da əl atıb. Həmin döyüşlərdə Azərbaycan Ordusunun tutarlı cavabı nəticəsində ermənistan cəmiyyəti sarsıntı və təşviş içində idi. Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərib. Göstərdi ki, son illər ərzində Sizin tərəfinizdən ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində, ordumuzun gücü və döyüş potensialı yüksək səviyyədədir. Əminik ki, son təxribatdan sonra da müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunmuş Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli cavab verib".

Müraciətdə daha sonra bildirilir: "Cənab Ali Baş Komandan, biz bilirik ki, Sizin rəhbərliyiniz altında bütün torpaqlarımız azad olunacaq. İşğal altında olan bütün kənd, rayon, şəhərlərimizdə, Xankəndində, Şuşada, Laçında, Xocalıda qısa zamanda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaq.  

Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş soydaşlarımıza, o cümlədən 12 iyunda şəhid olmuş hərbiçilərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir,  döyüşlərdə yaralanmış hərbiçilərimizə acil şəfa diləyirik.

Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!".

Son xəbərlər

Orphus sistemi