“Gənclər günü”nün loqo müsabiqəsinin qalibi müəyyənləşib

“Gənclər günü”nün loqo müsabiqəsinin qalibi müəyyənləşib Yanvarın 13-də Gənclər və İdman Nazirliyinin rəssam və dizaynerlər arasında 2 Fevral “Gənclər günü” ilə bağlı başlatdığı loqo müsabiqəsinin nəticələri açıqlanıb.
Daxili siyasət
31 Yanvar , 2020 13:14
“Gənclər günü”nün loqo müsabiqəsinin qalibi müəyyənləşib

Yanvarın 13-də Gənclər və İdman Nazirliyinin rəssam və dizaynerlər arasında 2 Fevral “Gənclər günü” ilə bağlı başlatdığı loqo müsabiqəsinin nəticələri açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, yanvarın 18-dək davam etmiş müsabiqənin əsas şərti təqdim olunan loqonun məhz 02.02.2020 tarixini əks etdirməsi olub.

Müsabiqəyə 97 müəllif 300-dən çox loqo təqdim edib. Nəticədə onların arasından Ehtiram İbrahimovun müəllifi olduğu loqo qalib seçilib.

26 yaşlı E.İbrahimov qrafik dizaynerdir. Hazırda "Code Akademiya"da qrafik və veb dizayn təhsili alır.

Müsabiqə qalibinin təltif edilməsi isə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə keçiriləcək istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimində həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi