​YAP Pirallahı Rayon Təşkilatının Gənclər Birliyi təsis olunub

​YAP Pirallahı Rayon Təşkilatının Gənclər Birliyi təsis olunub Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib
Daxili siyasət
2 Mart , 2015 14:17
​YAP Pirallahı Rayon Təşkilatının Gənclər Birliyi təsis olunub

Bakı. 2 mart. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib.

Partiyadan “Report”a verilən məlumata görə, konfransı giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.

O bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

M.Manafov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Dövlət başçısı tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir”.

Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar.

Sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilən nümayəndələr YAP Pirallahı Rayon Təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs veriblər. Nümayəndələr, həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçiliblər.

Son xəbərlər

Orphus sistemi