Gəncədə polis şöbəsinə yeni rəis təyin edilib

Gəncədə polis şöbəsinə yeni rəis təyin edilib Gəncə şəhər Hava Limanı Xətt rayon Polis Şöbəsinin rəisi vəfəsinə təyinat olub
Daxili siyasət
10 Sentyabr , 2021 15:26
Gəncədə polis şöbəsinə yeni rəis təyin edilib

Gəncə şəhər Hava Limanı Xətt rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı İrza Nağıyev sözügedən quruma rəis təyin edilib.

Qeyd edək ki, İ.Nağıyev bundan öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi