Yuxarı

Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünün üzərindəki örtük götürülüb - FOTO

Parkda Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatları İstehsalat Birliyinin əməkdaşları təmir-bərpa işləri aparır

Bakı. 4 dekabr. REPORT.AZ/ Gəncə şəhərindəki “Dəmiryolçular” parkında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadənin büstü açılıb. “Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, büstün üzərindəki örtük götürülüb. Hazırda park ərazisində Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatları İstehsalat Birliyinin əməkdaşları təmizlik, təmir-bərpa işləri aparır. Ərazidə yaşıllaşdırma işləri aparılır, müxtəlif növ dekorativ ağaclar əkilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi