Gəncədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Gəncədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb Gəncə. 20 yanvar. REPORT.AZ/ Gəncə şəhər Şəhidlər xiyabanında 20 Yanvar mərasimi keçirilib.
Daxili siyasət
20 Yanvar , 2019 20:41
Gəncədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Gəncə. 20 yanvar. REPORT.AZ/ Gəncə şəhər Şəhidlər xiyabanında "20 Yanvar" mərasimi keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, avtomobillər və yanğınsöndürən maşınlar vasitəsi ilə səs siqnalları verilib.

Ardənca şəhid məzarları ziyarət edilib, onların üzərinə qərənfillər düzülüb.

Mərasimdə iştirak edən vətəndaşlar, 29 il əvvəl törədilən “20 Yanvar” hadisəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi də yaddaşlarda qaldığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi