Gəncədə 1587 nəfər ilk dəfə səs verəcək - FOTO

Gəncədə 1587 nəfər ilk dəfə səs verəcək - FOTO Gəncə. 11 aprel. REPORT.AZ/ Gəncə şəhərində 1587 nəfər ilk dəfə səs verəcək.
Daxili siyasət
11 Aprel , 2018 09:26
Gəncədə 1587 nəfər ilk dəfə səs verəcək - FOTO
Report

Gəncə. 11 aprel. REPORT.AZ/ Gəncə şəhərində 1587 nəfər ilk dəfə səs verəcək.

"Report"un Qərb bürosu xəbərə verir ki, Gəncə şəhər üzrə fəaliyyət göstərən 4 Seçki Dairəsinin (DSK) 107 məntəqəsində 150 min 609 nəfər səs vermə hüququna malikdir. Səhər saat 8:00 radələrindən başlayaraq bütün məntəqələrdə Prezident seçkiləri prosesinə start verilib. 

Ümumi olaraq, 37 saylı Gəncə şəhər Nizami rayon 1-ci Seçki Dairəsində 24 məntəqə fəaliyyət göstərir və 32 min 874 seçici var. Onlardan 419 nəfəri ilk dəfə səs vermə hüququ qazananlardır. 

Gəncə şəhər 38 Saylı Nizami rayon 2-ci Seçki Dairəsində də 24 məntəqə fəaliyyət göstərir və 34 min 354 seçici səsvermədə iştirak edə biləcək. Bunlardan 365 nəfəri isə ilk dəfə olaraq seçkidə iştirak edənlərdir. 

Gəncə şəhər 39 Saylı Kəpəz rayon 1-ci Seçki Dairəsində 29 məntəqə fəaliyyət göstərir və ümümi seçici sayı 41 min 311 nəfər olan dairədə 381 nəfəri ilk dəfə seçkidə səs verəcək gənclərdir. 

Gəncə şəhər 40 Saylı Kəpəz rayon 2-ci Seçki Dairəsində isə 30 məntəqə var və seçici sayı 42 min 70 nəfərdir. Bunlardan 422 nəfəri isə ilk dəfə olaraq səs verəcək seçicilərdir.

Qeyd edək ki, bütün məntəqələrdə yaşlı (80-102 yaş) və səhətlərindəki proroblemlə əlaqədar məntəqələrə gedə bilməyən yüzlərlə seçici üçün də bütün şərait yaradılıb və həmin şəxslərin seçkilərdə səsvermə hüququndan istifadə etmələri üçün qeydə alınmış ünvanlara gedəcək səyyar seçki nümayəndələri də fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi