Gəncə şəhərində referendum üzrə səsvermə davam edir - FOTO

Gəncə şəhərində referendum üzrə səsvermə davam edir - FOTO Kəlbəcər sakinləri səsvermə hüquqlarından istifadə ediblər
Daxili siyasət
26 Sentyabr , 2016 13:49
Gəncə şəhərində referendum üzrə səsvermə davam edir - FOTO

Gəncə. 26 sentyabr. REPORT.AZ/ Gəncədə fəaliyyət göstərən 4 seçki dairəsində bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində seçicilər səsvermədə fəal iştirak edir. Bütün məntəqələrdə sakinlərin səsvermələri üçün lazımi şərait yaradılıb və bu saata qədər hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Gəncə şəhər 37 saylı Nizami rayon Birinci DSK-da olan 24 mülki məntəqədə 32 402 nəfər, 1 Hərbi məntəqədə isə 400 seçici qeydiyyata alınıb. Dairədən "Report"un Qərb bürosuna verilən məlumata görə, saat 12:00-a qədər 9 562 seçici səsvermədə iştirak edib. Bu da seçicilərin 29.2 %-ni təşkil edir.

Gəncə şəhər 38 saylı Nizami rayon İkinci DSK-da  25 mülki məntəqə var və seçici sayı 34 217 nəfərdir. Dairədə olan 1 hərbi məntəqədə isə 650 seçici qeydiyyata alınıb. Saat 12:00-a olan məlumata görə, 11 060 seçici səsvermə hüququndan istifadə edib ki, bu da DSK üzrə seçicilərin 24.14 faizini təşkil edir.

Gəncə şəhər 39 saylı Kəpəz rayon Birinci DSK-dan bildirilib ki, 29 mülki seçki məntəqəsi olan dairədə 38 756 seçicisi, 3 Hərbi Seçki Məntəqəsində isə 3 092 seçici qeydiyyata alınıb. Saat 12:00-a qədər 11 636 nəfər səsvermədə iştirak edib ki,  bu da DSK üzrə seçicilərin 27.82 faiz təşkil edir.

Gəncə şəhər 40 saylı Kəpəz rayon İkinci DSK-dan bildirilib ki, 30 məntəqəsi olan dairə üzrə 42 015 nəfər seçici qeydiyyatdadır. Bu məntəqələr üzrə artıq saat 12:00-a qədər seçicilərin 27.02 %-i, 11 432 nəfəri səsvermədə iştirak edib.

Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 123 saylı DSK-nın məntəqələrində də səsvermə davam edir. DSK-dan verilən məlumata görə, ümümu seçici sayı 49 716 nəfər olan dairədə 63 məntəqə var və seçicilərdən 16 481 nəfəri saat 12:00-a qədər səs vermədə iştirak edib ki, bu da dairə üzrə seçicilərin 33.1 faizini təşkil edir. 

Son xəbərlər

Orphus sistemi