Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib Bakı. 1 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.
Daxili siyasət
1 Noyabr , 2018 16:40
Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi dəyişdirilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin baş mühasibi Vəfa Məlikova və şöbənin aparıcı məsləhətçisi Şövkət Nağıyeva vəzifələrindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əmr imzalayıb.

N.Bayramovun digər əmri ilə baş mühasib vəzifəsinə Məlahət Salahova təyin olunub.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

Son xəbərlər

Orphus sistemi