Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda 2017-ci il yanvarın 1-dən etibarən doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.
“Report”un xəbərinə görə, bununla bağlı “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a dəyişikliyin müvafiq hissəsi bu ayın sonundan tətbiq olunacaq.
Dəyişikliklə bağlı sənədi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Sənədə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.
Bundan başqa, dəyişikliklə Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə, dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə həmin müddət başa çatanadək), məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə aylıq yemək xərci üçün verilən müavinət dayandırılıb.