Gələn ildən Azərbaycanda notariat xidmətlərin videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq

Gələn ildən Azərbaycanda notariat xidmətlərin videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq Bakı. 19 dekabr. REPORT.AZ/ Gələn ildən Azərbaycanda notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq.
Daxili siyasət
117
19 Dekabr , 2018 11:04
Gələn ildən Azərbaycanda notariat xidmətlərin videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq
Report

Bakı. 19 dekabr. REPORT.AZ/ Gələn ildən Azərbaycanda notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.

Bundan başqa, nazirliyə maliyyə imkanları çərçivəsində bir sıra şəhər və rayon qeydiyyat şöbələrinin və dövlət notariat kontorlarının iş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görülməsi də tapşırılıb.

Son xəbərlər

Orphus sistemi