Gələn ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri-iş günlərinin vaxtı açıqlanıb

Gələn ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri-iş günlərinin vaxtı açıqlanıb 20-24 mart Novruz, 15-16 iyun Ramazan, 22-23 avqust Qurban bayramıdır
Daxili siyasət
8 Dekabr , 2017 23:43
Gələn ildə Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri-iş günlərinin vaxtı açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti gələn ilin Novruz, Ramazan və Qurban bayramları ilə əlaqədar olaraq qeyri iş günlərinin vaxtını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərarda bildirilir ki, 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Son xəbərlər

Orphus sistemi