Bakı. 26 dekabr. REPORT.AZ/ 2018-ci ildə siyasi partiyalara, ümumilikdə, 3 milyon manat maliyyə yardımı ayrılacaq.
“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanında əksini tapıb.
Bu vəsait yalnız Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bölüşdürüləcək. Vəsaitin bölüşdürülməsi zamanı partiyaların Milli Məclisdəki deputatlarının sayı əsas götürülür.
Qeyd edək ki, dekabrın 1-də Milli Məclisdə büdcə müzakirələri zamanı deputatların vəsaitin artırılması təklifindən sonra maliyyə naziri Samir Şərifov bu məbləğin 500 min manat artırılaraq 3 milyon 100 min manata çatdığını qeyd etmişdi.