Gələn həftədən Azərbaycana idxal edilən təyyarə yanacağı üçün aksiz vergisi tutulacaq

Gələn həftədən Azərbaycana idxal edilən təyyarə yanacağı üçün aksiz vergisi tutulacaq “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib
Daxili siyasət
1 Noyabr , 2017 14:42
Gələn həftədən Azərbaycana idxal edilən təyyarə yanacağı üçün aksiz vergisi tutulacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ Gələn həftədən - noyabrın 8-dən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tutulacaq.

“Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarda əksini tapıb.

Belə ki, ölkəyə idxal edilən kerosinin 1 tonuna 80 manat aksiz vergisi tutulurdu. Bu ilin avqustun 10-da qərara edilən dəyişikliyə əsasən, idxal edilən kerosinin 1 tonuna formal olaraq 1 manat aksiz vergisi tutulur. Qərarın qüvvədə olma müddəti 90 gün olduğuna görə, noyabrın 8-də yenidən əvvəlki rüsum bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi