Yuxarı

Gələn həftə Naxçıvan MSK yenidən formalaşdırılacaq

Ali Məclisin sessiyasında muxtar respublikanın 2016-cı il dövlət büdcəsi də təsdiqlənəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası dekabrın 22-də keçiriləcək.

"Report"un xəbərinə görə, sessiyanın gündəliyinə 2015-ci ildə Naxçıvanın sosial-iqtisadi inkişafının yekunları, muxtar respublikanın 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiqlənməsi, Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı, Naxçıvan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin seçilməsi daxil edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi