Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq İyun ayı üçün qeyri-iş günləri açıqlanıb
Daxili siyasət
3 May , 2018 14:26
Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

Bakı. 3 may. REPORT.AZ/ İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

“Report”un xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.

Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.

İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.

Son xəbərlər

Orphus sistemi