Gələn ay Azərbaycanda ardıcıl 3 qeyri-iş günü olacaq

Gələn ay Azərbaycanda ardıcıl 3 qeyri-iş günü olacaq Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.
Daxili siyasət
22 Oktyabr , 2018 13:58
Gələn ay Azərbaycanda ardıcıl 3 qeyri-iş günü olacaq
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

“Report” xəbər verir ki, bu, həftənin cümə gününə təsadüf edir.

Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur.

Son xəbərlər

Orphus sistemi