Yuxarı
    Bağlamaq

    Gələn ildən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına identifikasiya kartı veriləcək - FOTO

    Şəxsiyyət vəsiqəsindən fərqli olaraq identifikasiya kartında vətəndaşın atası ilə yanaşı, anasının da adı qeyd olunacaq

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Report xəbər verir ki, fərmana əsasən, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının təsviri” təsdiq edilib.

    Fərmanla həmçinin “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının spesifikasiyası” və “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının nümunəsi” də təsdiqlənib.

    Fərman 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.

    15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının elektron daşıyıcısı (çipi) olan fərdi identifikasiya kartı beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir. İdentifikasiya kartının elektron daşıyıcısı məlumatların yazılmasını, dəyişdirilməsini və oxunmasını təmin edir. İdentifikasiya kartında ölkənin kodu - “AZE” hərfləri yazılmış holoqramdan və digər qoruyucu elementlərdən istifadə olunur.

    15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı 85,6 mm x 54 mm ölçülüdür.

    İdentifikasiya kartının üz tərəfinin sol hissəsində 5 yaşı tamam olmuş kart sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur.

    Şəxsiyyət vəsiqəsindən fərqli olaraq identifikasiya kartında vətəndaşın atası ilə yanaşı, anasının da adı qeyd olunacaq.

    İdentifikasiya kartının arxa tərəfinin orta hissəsinin solunda elektron daşıyıcı (çip), aşağı hissəsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun olaraq maşınla oxuna bilən üçzolaqlı optik nəzarət oxunuşu hissəsi yerləşir.

    İdentifikasiya kartında Azərbaycan Respublikasının dövlət rəmzləri, xəritəsi və tarixi abidələri təsvir olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi