Yuxarı
    Bağlamaq

    Fuad Qəhrəmanlı Razi Nurullayevin səsləndirdikləri ittihamlara münasibət bildirib

    Fikir və fəaliyyətləri ilə bağlı tənqidlər onun nəzərinə çatdırılmışdı

    Bakı. 20 fevral. REPORT.AZ/ “Razi Nurullayevin AXCP-yə və Əli Kərimliyə qarşı irəli sürdüyü əsasız ittihamlar bizi onun vəzifədən azad olunmasının səbəbləri haqda danışmağa məcbur etdi. Razi bəy AXCP-nin müxalif siyasi kursuna uyğun gəlməyən fəaliyyətinə görə sədr müavinliyindən kənarlaşdırılıb”.

    “Report”un məlumatına görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Onun sözlərinə görə, R.Nurullayev loyal mövqeyi ilə nəinki partiyanın müxalif siyasi kursu ilə razılaşmadığını göstərib, hətta bir çox hallarda bu tənqidlərin əleyihinə olduğunu da gizlətməyib: “Belə olan halda partiya sədri Razi bəyin AXCP-nin müxalif siyasi kursu ilə razılaşmadığını və bu kursa zidd fəaliyyətini əsas götürərək onun tutduğu vəzifədən azad edilməsinə qərar verməli oldu. Əli bəyin bu qərarı təkcə onun sədr kimi şəxsi düşüncəsini ifadə etmir, həm də partiyanın rəhbər strukturlarının mövqeyini ifadə edib. Çünki Razi bəyin iştirakı ilə bir neçə dəfə partiya Rəyasət Heyətində onun siyasi kursa uyğun gəlməyən fikir və fəaliyyətləri ilə bağlı tənqidlər onun nəzərinə çatdırılmışdı”.

    F.Qəhrəmanlı R.Nurullayevin Ə.Kərimli barəsində səsləndirdiyi ittihamları isə rədd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi