Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib

Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.
Daxili siyasət
20 Sentyabr , 2019 19:58
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib

Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

"Report"un məlumatına görə, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb.

O, istefasının səbəbini ailəsində yaranan məişət problemlərinin ictimailəşdirilməsi ilə əlaqələndirib: "Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, əslində, biz o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən onunla bağlı gerçək motivləri də aydınlaşdırmağı doğru saymıram".

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib.

Son xəbərlər

Orphus sistemi