Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub.
Daxili siyasət
255
22 Sentyabr , 2019 21:12
Fuad Muradov Xalq Cümhuriyyətinin 100 illik medalını Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub.


***19:58

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanla İstanbuldakı evində görüşüb.

"Report"un Türkiyə bürosunun məlumatına görə, komitə sədri 101 yaşlı Feyzavər Alpsarın səhhəti ilə maraqlanıb, onunla söhbət edib.

F.Muradov Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Feyzavər Alpsara təqdim edib. Komitə sədri Əlibəy Hüseynzadənin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi