Yuxarı

Fransanın tədqiqatlar institutu “exit-poll”un nəticələrini açıqlayıb - FOTO

Sorğunu “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə referendum üzrə səsvermə zamanı birgə keçirdiyi sorğunun (“exit-poll”) nəticələrini açıqlayıb.

“Report” həmin nəticələri təqdim edir.

1. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflər: bəli 89.3 - xeyr 10.7

2. İcra Hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflər: bəli: 88.9  - xeyr 11.1

3.İnsan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflər: bəli 90.1 - xeyr 9.9

4. Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflər: bəli 88.8  - xeyr 11.2

Qeyd edək ki, Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə səsvermə günü “exit-poll”u 118 dairə üzrə 152 məntəqədə keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi