Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
"Report" nazirliyin saytına istinadən xəbər verir ki, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.