Mətbuat Şurasında Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi baş tutub.
Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar çıxışlarında layihənin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda təlimçilərlə iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.










