Bakı. 19 aprel. REPORT.AZ/ Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Cənab Prezident, yüksək ehtiramımı qəbul edin".