FHN beynəlxalq sertifikata layiq görülüb

FHN beynəlxalq sertifikata layiq görülüb Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yenidən ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb.
Daxili siyasət
10 İyul , 2024 16:04
FHN beynəlxalq sertifikata layiq görülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yenidən ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Agentlik bununla əlaqədar beynəlxalq standart və tələblər üzrə attestasiyadan uğurla keçib.

Qeyd edək ki, ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis edilib və rüşvətə qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.

ISO 37001 standartının tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən olunması, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, həmçinin qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiqi sahələrində üstünlüklər əldə etməsinə imkan verir. Eyni zamanda, maraqlı tərəflərə Agentlik tərəfindən rüşvət hallarının qarşısının alınması üçün müsbət addımların atıldığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.

Xatırladaq ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına ilk dəfə 24 iyun 2022-ci ildə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi