Yuxarı

FHN-in kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

Bakı. 16 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü münasibəti ilə nazirliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi