FHN əməkdaşlarının maaşları artırılıb

FHN əməkdaşlarının maaşları artırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
7 Mart , 2018 18:34
FHN əməkdaşlarının maaşları artırılıb

Bakı. 7 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Son xəbərlər

Orphus sistemi