FHN Ağdamda minatəmizləmə əməliyyatlarını davam etdirir

FHN Ağdamda minatəmizləmə əməliyyatlarını davam etdirir Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə Ağdama mediatur təşkil olunub.
Daxili siyasət
25 Noyabr , 2021 19:06
FHN Ağdamda minatəmizləmə əməliyyatlarını davam etdirir

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Ağdama mediatur təşkil olunub.

"Report" xəbər verir ki, mediatur zamanı məlumat verilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər qalıqlardan təmizlənməsi prosesinə dövlət qurumları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

Qeyd olunub ki, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır.

Bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçən xidmət əməkdaşları ən müasir avadanlıqlardan istifadə edir.

Mediaturda qeyd edilib ki, qanunsuz yollarla minalanmış ərazilərə keçən və keçmək istəyən vətəndaşlarımız da az deyil: "Bir daha xahiş edirik ki, onlar bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla qeyd olunan ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal FHN-nin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşaq".

Son xəbərlər

Orphus sistemi