Fəzail Ağamalı yenidən partiya sədri seçilib

Fəzail Ağamalı yenidən partiya sədri seçilib Ana Vətən Partiyasının videokonfrans formatında VII qurultayı keçirilib.
Daxili siyasət
2366
23 Noyabr , 2020 16:52
Fəzail Ağamalı yenidən partiya sədri seçilib
Fəzail Ağamalı

Ana Vətən Partiyasının videokonfrans formatında VII qurultayı keçirilib.

Partiyadan "Report"a verilən məlumata görə, qurultayda Fəzail Ağamalı növbəti dəfə Ana Vətən Partiyasının sədri seçilib.

Bundan əlavə, Elçin Ağamalı partiya sədrinin Təşkilati məsələlər üzrə müavini, Arzuman Abdulkərimov Siyasi məsələlər üzrə müavini, Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyətinin sədri, Səbinə Kərimova Qadınlar Şurası İdarə Heyətinin sədr müavini seçilib.

Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirilib və səsə qoyularaq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi