​DİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

​DİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Ziyarətdə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri iştirak ediblər
Daxili siyasət
1 İyul , 2016 09:59
​DİN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 1 iyul. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin rəhbərliyi 2 iyul - polis əməkdaşlarının peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

"Report"un məlumatına görə, ziyarətdə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar iştirak ediblər.

DİN rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanında "Əbədi Məşəl" abidəsi ziyarət edilib.

Son xəbərlər

Orphus sistemi