Yuxarı

​Fərhad Abdullayev: “Konstitusiyamız mütərəqqi dəyərləri əks etdirən ali hüquqi sənəddir”

“Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş 284 qərardan 123-ü Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair olub”

Bakı. 12 noyabr. REPORT.AZ/ “Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bu günədək qəbul edilmiş 284 qərardan 123-ü Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair olub”. “Report”un məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin “Azərbaycan” qəzetində çap edilmiş məqaləsində yer alıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası mütərəqqi dəyərləri əks etdirən ali hüquqi sənəddir. F.Abdullayev vurğulayıb ki, fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb: “Həmin qərarların böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının - bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ, hüquq və azadlıqların məhkəmə təminatının həyata keçirilməsi ilə bağlı olub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi