Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib

Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.
Daxili siyasət
1245
24 Yanvar , 2022 17:37
 Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib
Fatma Səttarova
0 : 00
0 : 00

Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, F.Səttarova 1922-ci ilin yanvar ayında Bakıda dünyaya gəlib.

Müharibə və əmək veteranı Fatma Səttarova‎ 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. Bu ay onun 100 yaşı tamam olub.

O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərib. F.Səttarova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında qurumun sədri vəzifəsinə seçilib.

Son xəbərlər

Orphus sistemi