Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib

Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib O, bu vəzifədə 2007-ci ildən çalışır
Daxili siyasət
3 Aprel , 2015 12:47
Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib

Bakı. 3 aprel. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında Etibar Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb. "Report"un xəbərinə görə, məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Beləliklə, yekun səsvermə nəticəsində Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Etibar Qəzənfər oğlu Nəbiyev 1950-ci ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. E.Nəbiyevin ilk iş təcrübəsi 1979-1981-ci illərdə 26 Bakı komissarı (indiki Səbail) Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışmaq olub. Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə 2007-ci ildə təyin olunub və indiyə qədər orada çalışır. 

Son xəbərlər

Orphus sistemi