Əşrəf Qani: "Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır"

Əşrəf Qani: "Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır" "Əfqanıstan Azərbaycanın iqtisadiyyatın inkişafındakı təcrübəsindən istifadə etmək niyyətindədir"
Daxili siyasət
1 Dekabr , 2017 11:01
Əşrəf Qani: Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır
РИА Новости / Рамиль Ситдиков

Bakı. 1 dekabr. REPORT.AZ/ "Əfqanıstan Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, coğrafiya və siyasi iradə Əfqanıstan və Azərbaycanı yaxınlaşdırıb.

"Bizim əməkdaşlığımız regional təhlükəsizliyin gücləndirilməsinə və xalqlarımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcək", - prezident söyləyib.

O, Azərbaycanın öz təcrübəsinə əsasən, Əfqanıstandakı vəziyyəti yaxşı anladığını qeyd edib və iki ölkənin müharibə, qaçqın axını ilə üzləşdiyini xatırladıb. Ə.Qani Əfqanıstanın Azərbaycanın iqtisadiyyatın inkişafındakı təcrübəsindən istifadə etmək niyyətində olduğunu bildirib.

Əfqanıstan prezidenti Azərbaycanla iqtisadi əməkdaşlığın gücləndiriləcəyinə və bir sıra sahələrdə iki ölkə arasında yeni əməkdaşlıq müqavilələrinin imzalanacağına ümid etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi