Ermənistan əsir götürdüyü azərbaycanlı uşaqların taleyi ilə bağlı məlumat verməyib

Ermənistan əsir götürdüyü azərbaycanlı uşaqların taleyi ilə bağlı məlumat verməyib “Qarabağa dönüş” İctimai Birliyi (İB) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı video müraciət yayıb.
Daxili siyasət
251
1 İyun , 2021 15:54
Ermənistan əsir götürdüyü azərbaycanlı uşaqların taleyi ilə bağlı məlumat verməyib

“Qarabağa dönüş” İctimai Birliyi (İB) 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı videomüraciət yayıb.

İB-dən "Report"a verilən məlumata görə, təşkilatın rəhbəri, millət vəkili Tural Gəncəliyev müraciətdə münaqişə bölgələrində uşaqların acınacaqlı həyat şəraitinə diqqət çəkib.

Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşağın həyatının alt-üst olduğu, yüzlərlə uşağın, təkcə Xocalı soyqırımı zamanı 63 azyaşlının həyatını itirdiyi, müraciətdə əksini tapıb.

Müraciətdə həmçinin qeyd olunub ki, Ermənistan 30 il ərzində beynəlxalq konvenisyaların müvafiq tələblərini pozaraq əsir götürdüyü azərbaycanlı uşaqların taleyi ilə bağlı heç bir məlumat verməyib.

44 günlük Vətən Müharibəsindən sonra bölgədə yeni reallıqların yaranmasına baxmayaraq Ermənistan bu gün də azyaşlı uşaqlardan alət kimi istifadə edərək erməni uşaqları azərbaycanlılara qarşı etnik nifrət hissi ilə böyüdürlər.

Müraciətin sonunda Tural Gəncəliyev uşaqların gələcəyi naminə Ermənistana terrorçu əməllərdən uzaq durmağa çağırış edib.

Müraciət azərbaycan və ingilis dillərində hazırlanıb.

Son xəbərlər

Orphus sistemi