Ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib

Ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib Bu gün Bakıda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloj
Daxili siyasət
17 Avqust , 2022 11:33
 Ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib

Bu gün Bakıda, Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının (QHT) Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbir keçirilib.

“Report”un xəbərinə görə, toplantıda ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, ermənilər tərəfindən Laçının Zabux və Sus kəndlərində evlər yandırılır:

“Biz bu halların digər ərazilərimizdə də şahidi olmuşduq. Bu, bəşəri cinayətdir”.

Umud Mirzəyev
Umud Mirzəyev

Daha sonra çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov isə deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi humanistlik nümayiş etdirdi:

“Bizim tərəfimizdən ermənilərə Kəlbəcəri, Ağdamı boşaltmaq üçün vaxt verilmişdi. Ancaq onlar həmin əraziləri tərk etmək əvəzinə, evləri, meşələri yandırırdılar. Hətta minaların da yerləşdirilməsi ilə məşğul olurdular. Bütün bunlar ermənilərin xislətini göstərir. Təəssüflər olsun ki, onlar tərəfindən hazırda da Oxçu çayın çirkləndirilməsi davam etdirilir. Beynəlxalq təşkilatlar isə ikili standartlar sərgiləyərək buna göz yumurlar. Bunlar isə yolverilməzdir. Laçın şəhəri ətrafında baş verən yanğınlar isə qəsdən törədilib. Bütün bunlar bir daha sübut edir ki, onlar bu xislətlərindən əl çəkməyəcəklər”.

Çıxış edən Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı baş verən hadisəni pisləyərək bildirib ki, bütün bunlar Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurmaqdır. Bu proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edir.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət səsləndirilib.

Son xəbərlər

Orphus sistemi