Ermənilərin informasiya müharibəsinə cavab vermək istəyən gənclər nə etməlidir?

Ermənilərin informasiya müharibəsinə cavab vermək istəyən gənclər nə etməlidir? Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın
Daxili siyasət
4 Aprel , 2016 11:29
Ermənilərin informasiya müharibəsinə cavab vermək istəyən gənclər nə etməlidir?

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın Gənclər Təşkilatları Milli Şurası gənclərimizi, vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab verməyə çağırır. "Report"un məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatın mətnində deyilir: 

"Həqiqətlərimizi dünyaya çatdıraq! Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Mən nə edə bilərəm deyirsinizsə:

1. Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin;

2. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin;

3. Facebook və Twitter sosial şəbəkələrində paylaşın;

4. Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin.

Diqqət!

1. Məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin.

2. Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın.

Azərbaycan üçün dəstək olaq!".

Son xəbərlər

Orphus sistemi