"Erməni vandallarının daşı-daş üstə qoymadığı yerlərə həyat qaytarılır" - RƏY

"Erməni vandallarının daşı-daş üstə qoymadığı yerlərə həyat qaytarılır" - RƏY "Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan ərazi bütövlüyünü müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq azad edilən ərazilərdə bayram tonqalları yandırılır.
Daxili siyasət
21 Mart , 2022 14:13
Erməni vandallarının daşı-daş üstə qoymadığı yerlərə həyat qaytarılır - RƏY

"Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra Azərbaycan ərazi bütövlüyünü müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə təmin edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq azad edilən ərazilərdə bayram tonqalları yandırılır. Ötən il Şuşada keçirildi, bu il isə Suqovuşanda. İlham Əliyevin Suqovuşanda Novruz bayramını qeyd etməsi, tonqal yandırması bu torpaqların bir daha əbədi-əzəli tarixi Azərbaycana məxsus olmasını göstərir".

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, İlham Əliyev bununla həm də ata vəsiyyətini gerçəkləşdirib: “Eyni zamanda, xalqımızı arzularına çatdırdı. Həmçinin səfərlər zamanı yeni layihələrin təməlini qoyması və gedən işlərlə tanış olması Azərbaycanın gücünün-qüdrətinin göstəricisidir ki, işğaldan azad olunan ərazilərdə ölkəmiz öz gücü ilə bu əraziləri bərpa edir. Erməni vandallarının daşı-daş üstə qoymadığı yerlərə həyat qaytarılır. Bir sözlə, dövlət başçısının azad olunan ərazilərdə Novruz tonqalını yandırması, bayramı qeyd etməsi tezliklə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacağından xəbər verir”.

Son xəbərlər

Orphus sistemi