​"Ərazi sularında üzmə Qaydaları”na dəyişilik edilib

​"Ərazi sularında üzmə Qaydaları”na dəyişilik edilib Nazirlər Kabineti bu barədə qərar qəbul edib
Daxili siyasət
28 May , 2016 02:44
​Ərazi sularında üzmə Qaydaları”na dəyişilik edilib

Bakı. 28 may. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, dəyişikliyə görə, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın 2.1.10-cu yarımbəndində “balıq ovlayan” sözləri “balıq və digər su bioresurslarının ovunu həyata keçirən” sözləri ilə əvəz edilib.

Qərar “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 54-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 1730 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi