Nazirlər Kabineti “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir
Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra – məqsədli vəsait) icrası məqsədilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır.
Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.
Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.
Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.
Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.
Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.
Qərarda edilən dəyişikliyə əsasən tərəflərin yeni hüquq və öhdəlikləri müəyyənləşib.
Belə ki, publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:
- Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək;
- Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.
Eyni zamanda dəyişikliklə publik hüquqi şəxsin öhdəlikləri aşağıdakı kimi müəyyənləşib:
- Bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;
- vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək;
- vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;
- bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.
Qərarda edikən növbəti dəyişikliklə Orqan və ya Nazirliyin hüquqları da aşağıdakl kimi müəyyən olunub:
- publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;
- publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.
Dəyişikliklə müəyyən olunmuş Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:
- Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
- vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.
Qərarda qeyd olunub ki, Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.
Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.
Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.