Emmanuel Dupuy: "Azərbaycandakı dəyişikliklər yeni institutun, daha dinamik bir strukturun yaradılması məqsədi ilə atılan addımlardır" - ŞƏRH

Emmanuel Dupuy: "Azərbaycandakı dəyişikliklər yeni institutun, daha dinamik bir strukturun yaradılması məqsədi ilə atılan addımlardır" - ŞƏRH Azərbaycandakı bu qərarlara, sadəcə, kadr dəyişikliyi demək olmaz. Bu dəyişikliklər yeni institutun, daha dinamik bir strukturun yaradılması məqsədilə atılan addımlardır.
Daxili siyasət
25 Oktyabr , 2019 12:28
Emmanuel Dupuy: Azərbaycandakı dəyişikliklər yeni institutun, daha dinamik bir strukturun yaradılması məqsədi ilə atılan addımlardır - ŞƏRH

"Azərbaycandakı bu qərarlara, sadəcə, kadr dəyişikliyi demək olmaz. Bu dəyişikliklər yeni institutun, daha dinamik bir strukturun yaradılması məqsədilə atılan addımlardır".

Bu fikirləri "Report"un yerli bürosuna Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

"Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin kadr dəyişikliyi ilə bağlı verdiyi qərarlara artıq bir neçə il bundan əvvəl başlanmış əsaslı islahatların bir hissəsi kimi baxmaq lazımdır. Əlbəttə, bu kadr dəyişiklikləri zamanı bir sıra məmurların vəzifədən uzaqlaşdırılması faktları da olub. Buna misal olaraq, Azərbaycanın nəqliyyat naziri və başqalarını göstərmək olar. Amma ümumilikdə bu kadr dəyişiklikləri ölkə iqtisadiyyatının müəyyən rəsmi şəxslərdən asılı olmaması, ölkədəki inkişafın onların adları ilə səciyyələnməməsi deməkdir. Bu yeniliklər Azərbaycan Prezidenti İlham Əliyevin əvəz etmək deyil, yeni institut yaratmaq fikrini bildirdiyi oktyabrın 15-dəki çıxışı ilə üst-üstə düşür. Bu dəyişikliklərə regionda və Orta Asiya ölkələrində baş verən əsaslı yeniliklərin Azərbaycanda da həyata keçirilməsi tədbirləri yeni, daha çevik və dinamik bir institutun yaradılması məqsədilə atılan addımlar kimi səciyyələndirmək olar".

Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy

"Bu kadr dəyişiklikləri ölkənin iqtisadiyyatının müəyyən rəsmi şəxslərdən asılı olmaması, ölkədəki inkişafın onların adları ilə səciyyələnməməsi deməkdir".

Emmanuel Dupuy

Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy

E.Dupuy bu kadr dəyişikliklərini müxtəlif sektorların inkişafı üçün aparılan islahatların ayrılmaz hissəsi hesab edir: "Azərbaycanda kadr dəyişiklikləri ilə verilən son qərarlar yeni bir hadisə deyil. Belə ki, kadr dəyişikliklərini Azərbaycanda artıq 2017-ci ildən müşahidə edirik. Artıq Azərbaycanda hökumətdə olan kadrların 10-dan çoxunun yaşı 50-dən aşağıdır. Beləliklə, onların orta yaş həddi 54-dən aşağıdır. Əlamətdar olan isə bu yeniliklərin müxtəlif sahələri əhatə etməsidir. Azərbaycan qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, yüngül sənaye və turizmin inkişafına əsaslı sərmayələr qoyub ki, bu islahatlar da öz bəhrəsini verməyə başlayıb. Məsələn, əgər 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 1 milyon olmuşdusa, on il sonra onların sayı 3 milyona çatıb. Artıq Bakı bu gün turistlərin axışdığı şəhərlərdən birinə çevrilib. "Doing Buisness"in hesabatına əsasən Azərbaycan 2018-ci ildə 57-ci yerdə idisə, 2019-cu ildə 5-ci yerə qədər yüksələ bilib. Son illər Azərbaycanda səhiyyə və inzibati sığorta sahəsində aparılan islahatların müsbət nəticələri isə hələ bundan xeyli sonra, 2022-ci il üçün özünü göstərəcək".

Son xəbərlər

Orphus sistemi