Emin Hüseynov: "Gələn ildən azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək"

Emin Hüseynov: "Gələn ildən azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək" "Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi surətləndiriləcək".
Daxili siyasət
12 dekabr 2023 09:00
Emin Hüseynov: Gələn ildən azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək
Emin Hüseynov

Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək.

"Report"un xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, 2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur: "Ağdam şəhərində 20 min nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Bununla bağlı şəhərdə geniş layihələndirmə işləri yekunlaşmaq üzrədir. Artıq tikinti proseslərinə başlanılıb. Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi