Bakı. 9 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Elvira Ulkinanın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Elvira Sergeyevna Ulkina 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.