Bakı. 17 noyabr. REPORT.AZ/ Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü Əlövsət Talışxanlı partiyadan istefa verib.
Bu barədə "Report"a Ə.Talışxanlı özü məlumat verib. O, istefasının səbəbini partiya Divanının qərarı ilə əlaqələndirib: "Səxavət Əlisoy partiyadan kənarlaşdırıldı. Belə qərarın verilməsi düzgün deyildi. Bu, İsa Qəmbərin göstərişi ilə həyata keçirilib. Ona görə də mən belə vəziyyətdə fəaliyyətimi davam etdirə bilmərəm, istefa verirəm".
Qeyd edək ki, Müsavat Partiyası Divanının iclasında başqanlığa sabiq namizəd Səxavət Əlisoy "partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdıqları üçün" partiyadan xaric edilib, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq üzvü Əlövsət Talışxanlıya isə töhmət verilib.