Elmira Süleymanova: "Ombudsman Aparatının əməkdaşları 50 dairə üzrə müşahidələr aparıblar"

Elmira Süleymanova: "Ombudsman Aparatının əməkdaşları 50 dairə üzrə müşahidələr aparıblar" "Seçkilərdə pozuntu hallarının baş verməsi ilə bağlı bizə müraciət daxil olmayıb"
Daxili siyasət
23 Dekabr , 2014 18:43
Elmira Süleymanova: Ombudsman Aparatının əməkdaşları 50 dairə üzrə müşahidələr aparıblar

Bakı. 23 dekabr. REPORT.AZ/ “Seçki prosesində bizim ofisin əməkdaşları 50 dairə üzrə müşahidələr aparıblar. Bu müşahidələrdən gəldiyim nəticə odur ki, seçkiöncəsi təbliğat-təşviqat kampaniyası normal aparılmalıdır. Bu, bir təşkilatın işi deyil”. “Report”un məlumatına görə, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova deyib. 

O bildirib ki, ölkədə seçkilərin normal keçirilməsi üçün qanunvericiliyə əməl etmək lazımdır: “Kimsə seçki prosesinə qarışa bilməz. Əvvəlki seçkilərdə seçkiyə müdaxilə edildiyi üçün bəzi vəzifəli şəxslər vəzifələrindən uzaqlaşdırılıb. Bu bizim təcrübəmizdə var. Bələdiyyə seçkilərində pozuntu hallarının baş verməsi ilə bağlı Ombudsman Aparatına müraciət daxil olmayıb. Amma qarşıdakı günlərdə ola bilsin ki, belə müraciətlər olsun. Müraciətlərin heç biri diqqətdən kənarda qalmır. Belə olan halda müraciət MSK-ya göndərilir, onlar da lazımi tədbirlər görürlər. Bildiyiniz kimi, ötən seçkilərdə bir neçə seçki məntəqələrinin nəticələri ləğv edilmişdi”.

E.Süleymanova qeyd edib ki, məhbusların da seçki ilə bağlı hər hansı müraciəti olmayıb.

Ombudsman Azərbaycanda böyük şəhərlərdə bələdiyyələrin yaradılması məsələsinə də toxunub: “Şərt deyil ki, hər bir şəhərdə böyük bələdiyyələr olmalıdır. Mövcud bələdiyyələr işlərini normal şəkildə yerinə yetirməlidirlər. Ən əsası insanlarla intensiv ünsiyyətdə olmalıdırlar. Bələdiyyə sədrləri əlçatan olmalıdır ki, hər bir kəs öz sözünü deyə bilsin”.

Son xəbərlər

Orphus sistemi