​Elmar Məmmədyarov: Əqidəsinə xilaf olan diplomatlara qarşı ən sərt tədbirlər görüləcək

​Elmar Məmmədyarov: Əqidəsinə xilaf olan diplomatlara qarşı ən sərt tədbirlər görüləcək "Xaricdə tapşırıq və göstərişləri layiqincə yerinə yetirən diplomatlarımız xidmət edirlər"
Daxili siyasət
9 Sentyabr , 2015 21:56
​Elmar Məmmədyarov: Əqidəsinə xilaf olan diplomatlara qarşı ən sərt tədbirlər görüləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Bütün dövlət qurumlarında olduğu kimi Xarici İşlər Nazirliyində də, tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcək".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Astanada keçiriləcək Xarici İşlər Nazirləri Şurasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl xarici işlər naziri Elmar Məmmədyarov KİV nümayəndələrinə açıqlamasında bildirib.

"Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, Xarici İşlər Nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə dövlət başçısının bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edirlər", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi