Bakı. 15 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Əliağa Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ə.Hüseynov Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenantdır. Sabah onun 70 yaşı tamam olur.