Yuxarı
    Bağlamaq

    Əli Kərimli müsavatçıları tənqid etdi: “Xahiş etməmişik ki, kimsə bizim əvəzimizdən mitinq elanı versin”

    “Mitinqlər hökuməti köklü siyasi və iqtisadi islahatlara başlamağa sövq edəcək gücdə olmayıb”

    Bakı. 20 sentyabr. REPORT.AZ/ “Xahiş etməmişik ki, kimsə bizim əvəzimizdən 24 sentyabra mitinq elanı versin”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

    O xatırladıb ki, bir müddət öncə, sentyabrın 11-i və 17-də mitinq keçirməklə bağlı Milli Şura təmsilçiləri Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib: “Milli Şuranın hətta 4 sentyabrda da mitinqlə bağlı icra hakimiyyətinə məktubu olub. İndi mən təəccüblənirəm ki, nə yaxşı bizdən 4 sentyabrda niyə mitinq keçirmədiyimizin izahatını istəyən yoxdur?”.

    AXCP sədri etiraf edib ki, hələlik mitinqlər hökuməti köklü siyasi və iqtisadi islahatlara başlamağa sövq edəcək gücdə olmayıb.

    Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı partiyanın sentyabrın 18-də keçirdiyi mitinqdə aksiya iştirakçılarını Milli Şuranın sentyabrın 24-də keçirəcəyi mitinqə dəstək verməyə çağırıb. Milli Şura isə sentyabrın 24-nə mitinq keçirməyi planlaşdırıb, bununla bağlı BŞİH-ə də müraciət edib, lakin sonradan həmin tarixdə mitinq keçirməyəcəyini bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi